“Sumqayıt”ın futbolçusu Əfran İsmayılov Topaz Premyer Liqasının II turunda “Sabah”la matçda iştirak etməyib.
Sportarena.az xəbər verir ki, buna səbəb onun Həcc ziyarətində olmasıdı. Bu barədə “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Nazim Süleymanov məlumat verib. O, oyunsonrası mətbuat konfransında məsələ ilə bağlı bunları deyib:
“Əfran İsmayılov müqavilə bağladıqda demişdi ki, dəvət gəlsə, bu komandada olmaya bilərəm. Hazırda Həcc ziyarətindədir. Biz də ona icazə vermişik”.