Dario Federiko: “Neftçi” forması ilə qol vurmaq mənim üçün böyük bir fəxrdir"

00:24 20 Avqust 2018

Topaz Premyer Liqada 2-ci turunun “Neftçi” – “Qəbələ” (2-1) matçından sonra "ağ-qaralar"ın futbolçusu Dario Frederiko jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, futbolçu öncə görüşlə bağlı fikirlərini bölüşüb:

 

- Bu oyuna ciddi hazırlaşmışdıq. Baş məşqçinin tapşrıqlarını yerinə yetirdik. Özümüz yaranan fürsətləri qaçırmadıq və bunun nəticəsidir ki, qələbə qazandıq.

 

- Öz qolun haqqında nə deyə bilərsən? 

- “Neftçi” forması ilə qol vurmaq mənim üçün böyük bir fəxrdir. Çalışacam ki, bundan sonra daha yaxşı oynayaraq komandaya daha çox xeyir verim.

 

- Avroliqalardakı oyundan sonra “Neftçi”yə layiq olmadığın iddia edildi...

- Mən öz gücümə bələdəm. Buna görə də, bu fikirlərə diqqət yetirmirəm.

 

- Oyundan sonra azarkeşlər tələb etdi ki, “Qarabağ”a qalib gələsiz..

- Bu, azarkeşlərin haqqıdı. Biz də onların arzularını yerinə yetirməliyik.

 

- “Qarabağ”a qalib gəlsəniz, çempionluq haqda düşünmək olarmı?

- Əgər qələbə qazanmaq istəyiriksə, təkcə “Qarabağ”a qarşı yox, bütün rəqiblərimizə qarşı ciddi və gözəl oyun nümayiş etdirməliyik.


Digər xəbərlər

Xəbər xətti