Karikari: "Bizim üçün "Qarabağ"ın fikrinin harda olması vacib deyil"

10:16 20 Avqust 2018

Topaz Premyer Liqada 2-ci turunun “Neftçi” – “Qəbələ” (2-1) matçından sonra ev sahiblərinin futbolçusu Kvame Karikari jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, hücumçu öncə görüşlə bağlı fikirlərini bölüşüb:

 

- Bizim üçün çox vacib oyun idi. Ciddi hazırlaşmışdıq. Sadəcə öz şansımızdan istifadə edə bildik deyə qalib gəldik.

 

- Oyundan çıxarkən narazı idin…

- Hər oyunda, hər futbolçuda belə emosiyalar baş verə bilir. Mən baş məşqçinin qərarına ona görə etiraz etdim ki, komandaya daha çox kömək edə bilərdim.

 

- Bəlkə fayda verdiyini düşünməyib ona görə çıxarıb?

- Qol vurmaq hələ komandaya faydalı olmaq deyil. Mən özümü daha çox göstərmək, oyunun gedişində daha çox kömək etmək istəyirəm.

 

– Komandaya adaptasiya ola bilmisən?

- Komandada yeni olmağıma baxmayaraq, əsas heyətdə çıxdım. Bu, mənim üçün çox vacib və pozitiv bir amildir.

 

- Qol vurmaq üçün şanslar yarandı. Bəs nə mane oldu ki, fərqlənə bilmədin?

- Mənim bir neçə zərbəm çərçivəyə getdi, lakin qapıçı yaxşı oynadığına görə, qol olmadı. Buna baxmayaraq, hücumçu hər zaman çalışmalıdır ki, imkan yaratsın və qol vursun.

 

- “Qarabağ”a qol vura biləcəksən?

- “Qarabağ” güclü komandadır. Lakin biz sonacan mübarizə aparsaq, ona qarşı da şanslarımız olacaq.

 

- “Qarabağ”ın başı Avropa Liqasına qarışıqdır. Fürsətdən istifadə edib qələbə qazanmaq olar?

- Bizim üçün onların fikrinin harda olması vacib deyil. Biz öz oyunumuza baxacağıq.


Digər xəbərlər

Xəbər xətti