“Neftçi”nin yarımmüdafiəçisi Qoran Paratski Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində qarşılaşdıqları “Qəbələ” üzərində qələbəni (2:1) şərh edib.
Sportarena.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında öz oyunundan razı qaldığını bildirib:
“Çox yaxşı oynadıq. Xüsusilə ilk 75 dəqiqə haqda bu sözləri demək olar. Üçüncü və dördüncü qolu vurub, oyunu rahat şəkildə bitirməliydik. Amma alınmadı və rəqib sona 10 dəqiqə qalmış fərqlənə bildi. Buna baxmayaraq, biz kompakt oynayaraq, gücümüzü göstərdik. Öz oyunumdan razıyam. Ümumiyyətlə, komanda yoldaşlarım kimi futbolçularla yaxşı oynamaq asan məsələdi. Biz böyük ailəyik. Bunu oyunlarda da görmək olar”.
Xorvatilyalı futbolçu 3-cü turda "Qarabağ”la keçiriləcək oyuna da toxunub:
"Bilirik ki, "Qarabağ”ın həftəiçi Avroliqa matçı var. Bundan yararlanmalıyıq. Rəqib güclü heyətə malikdi. Buna görə də bizim üçün asan olmayacaq”.