İtaliya A Seriyasının ilk turunun “Kyevo” - “Yuventus” matçında xoşagəlməz hadisə yaşanıb.
Sportarena.az xəbər verir ki, oyunun ikinci hissəsində Ronaldo ilə toqquşan Stefano Sorrentinonun burnu qırılıb və o, meydanı xərəkdə tərk edib. Tibbi müayinədən sonra onun həm də kəllə-beyin travması aldığı məlum olub. Sorrentinonun nə qədər yaşıl meydanlardan kənarda qalacağı hələ bilinmir.
Qeyd edək ki, “Kyevo” – “Yuventus” oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.