Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Dəniz də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 71-ci dəqiqəsində meydana buraxılıb.
“Gənclərbirliyi” 2 turdan sonra 6 xalla 18 kollektiv arasında 3-cüdü.