Çexiya Gənclər Liqasında 5-ci turun görüşləri keçirilib.
Sportarena.az xəbər verir ki, Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nın 21 yaşadək futbolçulardan ibarət komandası səfərdə “Radeç Kralove” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
U-21 millimizin üzvü “Slaviya”nın yeganə qolunu vurub.
Qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm 4 qol vurub və 3 məhsuldar ötürmə edib.