Yığmamız DÇ-yə 6 boksçu ilə yollanır

13:36 20 Avqust 2018

Avqustun 21-də Macarıstanın paytaxtı Budapeştdə gənc boksçular arasında dünya birinciliyi start götürəcək.

 

Sportarena.az xəbər verir ki, 10 gün davam edəcək mundialda Azərbaycan yığması 6 nəfərlə təmsil olunacaq.

 

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilmiş Avropa birinciliyində bu yarışa lisenziya qazanmış Maqsud Xasmetov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Zaur Musayev (81 kq) və İsmayıl Yaqubov (91 kq) Budapeştdə ölkəmizin idman şərəfini qoruyacaq.

 

Bu gün səfərə yollanacaq komandamız sentyabrın 1-də Vətənə dönəcək.


Digər xəbərlər

Xəbər xətti