Millimizin üzvü və "Krılya Sovetov"un yeni transferi Ramil Şeydayev Rusiya Premyer Liqasının 4-cü turunda "Lokomotiv"lə matçda debüt oyununa çıxdı.
Sportarena.az xəbər verir ki, oyundan sonra 22 yaşlı forvard "Rusfootball"a müsahibə verib. O, yeni komandasında hər şeyin əla olduğunu deyib:
- Hər şey əladır. Bir həftədir ki, burdayam və məşqlərə çıxıram. Özümü oynamağa hazır sayıram. Məşqçi məsləhət bilsə, növbəti oyunlar üçün hazıram.
- Şayiələr gəzirdi ki, sən Avstriyaya "Mattersburq" klubu ilə müqavilə imzalamağa getmisən. Bunlar nə dərəcə doğrudur?
- Xeyr, belə şey yoxdur. Bu, sadəcə, şayiədir. Orada oynayacağımla bağlı müsahibə verməmişəm. Mən ora getmək istəmədim.
- Səni burada Rusiya, yoxsa Azərbaycan vətəndaşlığı kimi oynadırlar?
- Mən bilmirəm. Klub rəhbərliyindən soruşun. Mən oyunçuyam, belə şeylərə baş qoşacam?
- 81-ci dəqiqədə oyuna daxil olaraq, yeni komandada debüt etdin.
- Bəli, bu, yaxşı hal oldu. Amma təəssüf ki, uduzduq. Yaxşı mübarizə apardıq, amma bunu hesabda əks etdirmək lazım idi. İnşallah, növbəti oyunlarda yaxşı olar.