"Sumqayıt"ın 5-ci darmadağını, "Sabah"ın ilk üzüntüsü

14:44 20 Avqust 2018

“Sumqayıt” Topaz Premyer Liqasının 2018/19 mövsümünün iki ilkinə imza atıb. 

 

Sportarena.az xəbər verir ki, 2-ci turda “Sabah”la qarşılaşan Nazim Süleymanovun komandası ilk əzmkar qələbənin müəllifi olub. 4 qol vuraraq qalib gələn sumqayıtlılar həm də səfərdə böyükhesablı qələbə əldə edib. Cari mövsümün əvvəlki görüşlərində heç bir komanda rəqib meydanında 3 və ya daha çox top fərqiylə qalib gəlməmişdi.


Bu nəticə həm də “Sabah”ın debüt mövsümünü keçirdiyi Premyer Liqada ilk böyükhesablı məğlubiyyətidi. Sumqayıtın eyniadlı təmsilçisi isə yubiley - 5-ci belə qələbəsini bayram edib.

 

Bundan əlavə, “Sumqayıt” səfərdə 100-cü qoluna imza atıb. “Əlincə Arena”dakı oyunadək ölkə çempionatının yüksək dəstəsində keçirdiyi 112 qarşılaşmada 99 dəfə sevinən “gənclik şəhəri” təmsilçisinin yubiley qoluna Nicat Qurbanov imza atıb. 19-cu dəqiqədə hesabı bərabərləşdirən futbolçu, klub tarixinə 100-cü səfər qolunun müəllifi kimi düşüb.


Digər xəbərlər

Xəbər xətti