Rahid Əmirquliyev 350-ə çatdı

15:14 20 Avqust 2018

Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, “Səbail”in 29 yaşlı yarımmüdafiəçisinin yubileyi Topaz Premyer Liqasının 2-ci turuna təsadüf edib. Bu, “Qarabağ”la qarşılaşmadakı 0:2 hesablı məğlubiyyətin qeydə alındığı matçda gerçəkləşib. 350 oyunda 33 qol vuran Əmirquliyev çempionatlarda 4 klubun şərəfini qoruyub. Debütü 2003/04 mövsümündə rəsmiləşən yarımmüdafiəçi ilk klubu olan Qusar “Şahdağ”ında 57 (4 qol), “Xəzər Lənkəran”da 254 (26), “Qarabağ”da 37 (3), “Səbail”də 2 oyun keçirib.

 

Rahid Azərbaycan çempionatları tarixində 350 və daha çox oyun keçirən 8-ci futbolçudur.

 

1. Mahmud Qurbanov 421

2. Azər Məmmədov 388

3. Rəşad Sadiqov 386

4. Aslan Kərimov 382

5. Rəşad Abdullayev 378

6. Aqil Məmmədov 363

7. İsmayıl Məmmədov 351

8. Rahid Əmirquliyev 350


Digər xəbərlər

Xəbər xətti