Azərbaycan millisinin və “Neftçi”nin qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasında yubiley oyununu keçirib.
Sportarena.az xəbər verir ki, 2-ci turun “Qəbələ” ilə qarşılaşması (2:1) qolkiperin ölkə çempionatlarında 150-ci matçı olub. Premyer Liqada 2011/12 mövsümündə debüt edən Ağayev, 150 matçda 145 qol buraxıb.
4 klubun formasını geyinən Səlahət “İnter”də (indiki “Keşlə”) 90, “Sumqayıt”da 39, “Neftçi”də 13, MOİK-də 8 matç keçirib.