Azərbaycanlı FİFA referisi Yusif Nurullayevin avqustun 21-dən 23-dək Moldovanın paytaxtı Kişinyovda qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatları müəyyənləşib.
Söprtarena.az xəbər verir ki, “C” qrupunda ev sahibi Moldova ilə yanaşı, Belarus və Ermənistan yığmaları da var. Referimiz avqustun 21-də Moldova – Ermənistan, avqustun 22-də isə Ermənistan – Belarus matçında hakimlik edəcək.