15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi məlum olub.
Sportarena.az xəbər verir ki, millinin “sükan”ı Famil Xəlilova həvalə olunub. Bu barədə məlumatı AFFA yayıb.
Ötən mövsüm "Qəbələ" klubunun U-19 komandasının baş məşqçisi vəzifəsində çalışan Famil Xəlilovun rəhbərliyi ilə komanda AFFA-nın Gənclər Liqasının qalib olub.