“Vilyarreal”ın türk futbolçusu Enes Ünalın yeni klubunun adı açıqlanıb.
Sportarena.az xəbər verir ki, La Liqanın debütantı “Valyadolid” 21 yaşlı futbolçunu bir illik icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat verib.
2015-ci ildə 4 milyon avroya “Bursaspor”dan “Mançester Siti”yə keçən forvard, 2017-ci ildə 14 milyon avro qarşılığında “Vilyarreal”a transfer edilmişdi.