Fransanın “Nitsa” klubunun hücumçusu Mario Balotellinin taleyinə aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, Liqa 1 təmsilçisi italyan forvardın komandada qalacağını açıqlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə bu gün yeni müqavilə imzalanacağı bildirilib.
2016-cı ildə “Milan”dan transfer olunan Balotelli, “Nitsa” forması ilə 66 qarşılaşmada iştirak edib və 43 qola imza atıb.