Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Şerif" komandası Moldova çempionatının 17-ci turunda səfərdə "Milsami"ni 2:0 hesabı ilə məğlub edib.
Sportarena.az xəbər verir ki, matçdan sonra "Şerif"in məşqçisi Andrey Korneyenkov mətbuat konfransında çıxış edib. "Qarabağ" haqda da danışan Korneyenkov artıq rəqibi müzakirə etdiklərini söyləyib:
"Qarabağ"ın oyunlarına baxmışıq. Artıq bu komandanı məşqçilər korpusu öz arasında təhlil edib. Ancaq hələlik futbolçulara heç bir məlumat verilməyib. Çünki əsas diqqətimiz "Milsami" ilə oyuna yönəlmişdi".
Qeyd edək ki, "Şerif"in baş məşqçisi Qoran Sabliçi boğazında problem olduğu üçün jurnalistlər önünə çıxmayıb.
Xatırladaq ki, "Qarabağ”la "Şerif” arasında ilk oyun avqustun 23-də Tiraspolda keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək. Oyun 21:00-da başlayacaq.