“Ayaks”ın komada olan futbolçusu Abdelhak Nurinin səhhəti ilə bağlı yeni məlumat yayılıb.
Sportarena.az xəbər verir ki, bir ildən çoxdu komada olan futbolçu, bu gün ayılıb. Hətta ailəsi ilə söhbətləşib də. Bu barədə İngiltərə mətbuatı xəbər verib.
20 yaşlı futbolçu 2017-ci il 8 iyul tarixində “Verder”lə “Ayaks” arasında keçirilən yoldaşlıq oyununda huşunu itirmişdi. Nuri xəstəxanaya çatdırıldıqdan sonra komaya düşmüşdü.