Fransa millisi və "Arsenal"ın sabiq hücumçusu Tyerri Anri "Bordo"nun baş məşqçisi ola bilər.
Sportarena.az xəbər verir ki, hazırda Belçika millisində məşqçi olan gənc mütəxəssis Fransa klubunun sükanı arxasına keçməyə əsas namizədlərdən biridir. Artıq veteran futbolçunun nümayəndələri Liqa 1 təmsilçisi ilə danışıqlara başlayıb.
Məlumatı "Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger də təsdiqləyib:
"Bəli. Anri bu işi çox istəyir. O, ağıllıdır və kifayət qədər təcrübəsi var. Yeganə sual doğuran məqam budur ki, Anri məşqçilik karyerası üçün öz həyatını qurban verməyə hazırdırmı?"
Qeyd edək ki, Anri hazırda Belçika millisinin baş məşqçisi Roberto Martinesin köməkçisi vəzifəsini yerinə yetirir.