Burak Yılmaz "Beşiktaş"a qayıdır

20:34 21 Avqust 2018

Ötən mövsümün sonundan hücumçu axtarışlarını davam etdirən “Beşiktaş” keçmiş futbolçusunu heyətinə qatır.

 

Sportarena.az xəbər verir ki, “qara qartallar” Burak Yılmazın transferi üçün “Trabzonspor”la razılıq əldə edib. Türkiyə millisinin hücumçusunun transferinin ən geci sabah açıqlanacağı gözlənilir.

 

“Trabzonspor” rəhbərliyi milli üzvünü 4,5 milyon avrodan aşağı satmayacağını bildirmişdi. Lakin dünən klub prezidentləri arasında keçirilən görüşdən sonra İstanbul təmsilçisinin bu qiymətdə endirim əldə etdiyi bildirilir.

 

2006-2008-ci illərdə “Beşiktaş”ın şərəfini qorumuş 33 yaşlı hücumçu, 2017-ci ildən “Trabzonspor”da çıxış edir. O, “bordo-mavililər”in heyətində keçirdiyi 25 oyunda 23 qol vurub.


Digər xəbərlər

Xəbər xətti