Futbol üzrə Peru kubokunda “Yunion Kimbiri” və “Sport Xuanta” komandaları arasında keçirilən qarşılaşma yarımçıq dayandırılıb.
Sportarena.az xəbər verir ki, buna səbəb polislərin meydançaya daxil olaraq, “Yunion Kimbiri”in futbolçusu Sezar Montalyvonu həbs etməsi olub. Bu barədə İngiltərə mətbuatı xəbər yayıb.
Hücumçu son iki ildə başqa ad və soyadla qeydiyyatda olmaqda günahlandırılır. Onun əslində Xose Kontreras olduğu bildirilir. Futbolçu isə ittihamları qəbul etməyib.