“Qarabağ”ın keçmiş futbolçusu Riçard Almeyda "Astana"ya (Qazaxıstan) keçdikdən sonra ilk dəfə Azərbaycan millisinə dəvət alıb.
Sportarena.az xəbər verir ki, 29 yaşlı Braziliya əsilli yarımmüdafiəçi UEFA Millətlər Liqasında Kosovo və Malta yığmalarına qarşı oyunlara dəvət olunub. Bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb.
Millinin baş məşqçisi Qurban Qurbanov hələ ki, sentyabrın 7-də Bakıda, sentyabrın 10-da isə səfərdə keçiriləcək oyunlar üçün heyəti açıqlamayıb. Amma görünür, artıq ölkə xaricindəki futbolçulara dəvət göndərilib.
Almeyda Azərbaycan yığmasında 8 oyun keçirib.