“Beşiktaş” komandadan ayrılan Anderson Taliskanın boşluğunu Dortmund “Borussiya”sının futbolçusu ilə doldurmağa hazırlaşır.
Sportarena.az xəbər verir ki, “qara qartallar” Dortmund təmsilçisinin yaponiyalı futbolçusu Şindzi Kaqavanı icarəyə götürmək istəyir. “Beşiktaş” Almaniya klubu ilə razılığa gəlsə də, futbolçunun illik 4 milyon avro məvacib istəyində razılaşa bilmir. Kaqava ilə məvacib məsələsində razılıq əldə olunarsa, transfer yaxın günlərdə gerçəkləşəcək.