Böyük Britaniya millisinin Bakıdakı dünya çempionatı üçün heyəti açıqlandı

18:38 22 Avqust 2018

Böyük Britaniyanın cüdo üzrə milli komandasının sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, yığmanın tərkibinə 14 cüdoçu daxil edilib. Onlardan 3-ü kişilər, 9-u qadınların fərdi yarışına qatılacaq. Daha 2 kişi cüdoçu isə bu idmançılarla birgə qarışıq yarışlarda iştirak üçün nəzərdə tutulub.

 

Komanda üzvləri arasında 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Denni Uilyams, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Selli Konvey, həmçinin 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının bürünc mükafatçıları Nekoda Smit-Devis və Natali Pauell də var.

 

29 yaşlı Denni Uilyams 2011-ci ildən sonra ilk dəfə dünya çempionatında çıxış edəcək. Çelsi Gilz, Keti Cemima Yits-Braun və Uesli Qrinic isə özlərinin ilk dünya çempionatında mübarizə aparacaq.

 

Böyük Britaniya yığmasının heyəti:

Kişilər: Eşli Makkenzi (60 kq), Stüart Makvot (81 kq), Maks Stüart (90 kq)

 

Qadınlar: Çelsi Gilz (52 kq), Nekoda Smit-Devis (57kq), Alis Şlezinger, Emi Livsi (hər ikisi 63 kq), Selli Konvey, Cemma Hauell (hər ikisi 70 kq), Natali Pauell, Keti Cemima Yits-Braun (hər ikisi 78kq), Sara Adlinqton (+78 kq)

 

Qarışıq

kişilər: Denni Uilyams (73 kq), Uesli Qrinic (+90 kq)

 

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatına sentyabrın 27-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti