Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində uğursuzluqla üzləşən Azərbaycan çempionu “Qarabağ” da avrokuboklardakı mübarizəsini məhz Avroliqada davam etdirir. Ağdam klubu bu turnirdəki ilk sınağında Moldova çempionu “Şerif”lə qarşılaşıb. Tərəflər arasındakı ilk görüş təmsilçimizin məğlubiyyəti ilə nəticələnib - 1:0.
Bu komandalar arasındakı cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.
Avropa Liqası: Pley-off mərhələsinin, ilk oyunu
23 avqust
21:00 Şerif - Qarabağ 1:0
Qol: Aleksandr Boyçuk, 8.
Hakimlər: Harald Lexner, Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Veynberqer (hamısı Avstriya).
Tiraspol. “Şerif” stadionu.
Şerif: 33. Sergey Paşenko, 9. Jo Santos, 15. Kristiano, 18. Georgi Anton, 23. Vladimir Kovaçeviç, 39. Ziqi Badibanqa, 55. Mateo Suşiç (k), 77. Yuri Kendiş, 88. Rifet Kapiç, 90. Vyaçeslav Posmak, 97. Aleksandr Boyçuk.
Ehtiyat oyunçular: 21. Nikolay Çebotari, 4. Petru Raku, 7. Jerson Rodriqes, 14. Benjamin Balima, 19. Antun Paliç, 35. Ante Kuluşiç, 45. Alhaci Kamara.
Baş məşqçi: Qoran Sabliç.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 19. Filip Ozobiç, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 17. Abdulla Zubir, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.