"Qalatasaray" bombardirini satdı

12:28 23 Avqust 2018

"Qalatasaray" hücumçusu Bafetimbi Qomislə yolları ayırmağa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, fransalı forvard karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 33 yaşlı forvard elita təmsilçisi "Əl-Hilal"la anlaşıb. Bu keçid üçün ərəblərin 6 milyon avro ödəyəciyini Türkiyə mətbuatı yazıb. Səufiyyə Ərəbistanı mətbuatı isə keçidin 11 milyon avro qarşılığında reallaşdığını yazıb. Rəsmi açıqlamanın isə yaxın günlərdə ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, Qomis İstanbul klubuna ötən il "Suonsi Siti"dən transfer edilmişdi. Fransa millisinin sabiq üzvü Super Liqada 33 oyuna 29 qol vuraraq, bombardir olmuşdu.

 


Digər xəbərlər

Xəbər xətti