Ayaz Quliyev: “Yenisey” üzərində qələbədən sonra Bakıdan, Lənkərandan təbriklər almışam"

14:15 23 Avqust 2018

“Rostov”un yarımmüdafiəçisi Ayaz Quliyev Rusiya Premyer Liqasının 4-cü turunda “Yenisey”in qapısına vurduğu qol barədə fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, 4:0 hesablı qələbədə pay sahibi olmaq həmyerlimizə özünəinamı artırıb:

 

“Qarşılaşma mənim üçün uğurlu alındı. Özüm də oyunu bəyəndim. Bu cür oynayanda həm zövq alırsan, həm də özünəinamın artır. Baş məşqçi Valeri Karpinin mənə güvənmsəi əlbəttə ki, xoşdu. “Yenisey” üzərində qələbədən sonra Bakıdan, Lənkərandan, qohumlarım yaşayan Rusiyanın müxtəlif şəhərlərindən təbriklər almışam. Bütün qohumlarım və yaxınlarım oyunumu izləyirlər və buna görə onlara minnətdaram”.

 

Ayaz millimizə dəvət məsələsi barədə də fikirlərini bölüşüb:

 

“Karpinlə Azərbaycan millisi barədə söhbətimiz olmayıb. Ancaq o, AFFA-nın mənə maraq göstərməsi barədə məlumatlıdır”. (azerisport)


Digər xəbərlər

Xəbər xətti