Milli karyerasını bitirdiyini açıqlayan Uesli Sneyder Hollandiya yığmasında son oyununa çıxacaq.
Sportarena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi sentyabrın 6-da Peru ilə yoldaşlıq matçında yığmada vida oyununu keçirəcək. Bu barədə Hollandiya mətbuatına açıqlama verən futbolçu vida matçını on doğma olan “Amsterdam Arena”da olacağını bildirib: “Görüş mənim evimdə - “Amsterdam Arena”da keçiriləcək. Meydana mənə əziz olan formada çıxacam” – deyə o bildirib.
Hazırda Qətərin "Əl-Qarafa" klubunda çıxış edən Sneyder 2003-cü ildən Hollandiya millisində oynayır. O, yığmanın heyətində 133 oyuna 31 qol vurub.