Futbol üzrə Azərbaycan Birinci Divizionunda yeni mövsümə start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub. “Neftçi”nin əvəzediciləri səfərdə “Qaradağ Lökbatan”a, MOİK isə “Sabah”ın 2-ci komandasına qalib gəlib. “Qarabağ”ın əvəzediciləri “Kəpəz”i darmadağın edib. “Zirə” və “Səbail”in əvəzedicilərinin duelində isə qonaqlar qələbəyə seviniblər.
Birinci Divizion, 1-ci tur
23 avqust
Qaradağ Lökatan - Neftçi-2 0:1
Qol: Hüseyn Hüseynzadə, 85.
Hakimlər: Etibar Həsənov, Cəmil Quliyev, Müslüm Əliyev, Cahangir Yusifzadə.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
Sabah-2 – MOİK 0:1
Qol: Bahadur Həziyev, 88.
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Elşad Abdullayev, Kamal Umudlu.
Binə qəsəbə stadionu.
Kəpəz - Qarabağ-2 0:4
Qol: Rövlan Muradov, 15. Hacıağa Hacılı, 21. Elvin Cəfərquliyev, 59. Rafael Məhərrəmli, 73.
Hakimlər: Ramiz Məhərrəmov, Murad Kərimov, Pərvin Talıbov, Vüsal Əliyev.
Gəncə şəhər stadionu.
Zirə-2 - Səbail-2 1:2
Qol: Tapdıq Əhmədov, 25-pen. – Murtuz Abakarov, 22. Emil Həsənzadə, 29.
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Kamranbəy Rəhimov.
Bakı. “AZAL Arena”.