Yunanıstanda ingilislərə hücum - Bıçaqlanan azarkeş də var

16:29 24 Avqust 2018

İngiltərənin "Börnli" klubunun azarkeşləri "Olimpiakos"a qarşı futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu izləmək üçün getdikləri Yunanıstanda hücuma məruz qalıblar. 

 

Sportarena.az xəbər verir ki, fanatlardan biri bıçaq yarası alıb. Daha dörd nəfərə isə bədən xəsarətləri yetirilib. Onlara oyundan əvvəl hücum edilib. Zərərçəkənlərə stadionda yardım göstərilib. Qarşılaşmanı "Börnli"nin 900-dək azarkeşi izləyib. Hazırda İngiltərə klubu Yunanıstan polisi və "Olimpiakos"la birgə hadisənin araşdırıması ilə məşğul olur. 

 

Qeyd edək ki, görüş Olympiacos-un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 


Digər xəbərlər

Xəbər xətti