Şəhriyar Məmmədyarov zirvəni əldən vermir

17:16 24 Avqust 2018

ABŞ-ın Sent Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild turnirinin 5-ci turu oynanılıb.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov bu turda amerikalı Hikaru Nakamura ilə qarşılaşıb. Görüş heç-heçə başa çatıb. Ümumiyyətlə, bu turda keçirilən bütün görüşlərdə xallar yarı bölünüb.

 

Beş turdan sonra 5 şahmatçı - Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk, Levon Aronyan, Fabiano Karuana və Maqnus Karlsen hərəyə 3 xal toplayıblar. Məmmədyarov 6-cı turda Fransa şahmatçısı Maksim Vaşye-Laqravla qarşılaşacaq.

 

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq. Yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.


Digər xəbərlər

Xəbər xətti