Şeydayevin komandasının kubokdakı rəqibi müəyyənləşdi

17:31 24 Avqust 2018

Futbol üzrə Rusiya kubokunun 1/16 final mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" kubokda mübarizəyə 1/16 mərhələsindən başlayacaq. Ramilin komandası "Tambov"a rəqib olub. 1/8 finala vəsiqənin sahibi bir oyunun nəticəsinə görə müəyyənləşəcək və qarşılaşma Tambovda keçiriləcək.

 

Qeyd edək ki, "Tambov" 1-ci divizionda çıxış edir.


Digər xəbərlər

Xəbər xətti