PSJ ulduzlarından birini sata bilər - Qərarı UEFA verəcək

18:31 24 Avqust 2018

PSJ iki əsas futbolçusu - Neymar və Kilian Mbappedən birini satmaq məcburiyyətində qala bilər.

 

Sportarena.az xəbər verir ki, buna səbəb maliyyə pozuntusuna yol verməkdə ittiham olunan Paris klubuna qarşı UEFA-nın araşdırma aparmasıdır. Qurumun məsələ ilə bağlı qərarını yaxın vaxtlarda açıqlayacağı bildirilir. Qərar mənfi olacağı təqdirdə, PSJ 250 milyon avro borcunu azaltmaq üçün Neymarı və ya Mbappeni satmaq məcburiyyətində qalacaq. Lakin paytaxt klubunun cərimə ilə vəziyyətdən çıxmaq etimalı var.

 

Hadisələrin inkişafını hər iki futbolçunun xidmətində maraqlı olan İspaniyanın "Real" klubu yaxından izləyir.

 

Qeyd edək ki, PSJ ötən ilin yayında Neymarı İspaniya təmsilçisi Barcelona-dan 222 milyon avroya alıb. Həmçinin Paris təmsilçisi Kilian Mbappeni bu yay 180 milyon avro qarışılığında bir başa transfer etmək şərti ilə Fransanın Monaco klubundan icarəyə götürüb.


Digər xəbərlər

Xəbər xətti