Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Tula “Arsenal”ı ilə qarşılaşıb. Quliyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Ayaz da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək oynayıb.
“Rostov” geridə qalan 5 turdan sonra 12 xalla 2-ci pillədə qərarlaşıb.