Futbol üzrə İran çempionatında 5-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarına çıxıblar. Təbrizin daha məşhur “Traktorsazi” klubu səfərdə “Sepahan” ilə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı Təbriz təmsilçisi bu oyunda heç-heçəyə razılaşıb - 2:2.
Təbrizin digər təmsilçisi “Göstəriş” isə doğma meydanda “Zobahan” ilə üz-üzə gəlib və meydanı məğlubiyyətlə tərk edib – 1:2.
5 turdan sonra 6 xala malik “Traktorsazi” 16 iştirakçı arasında 11-ci, “Göstəriş” isə 4 xalla 13-cü pillədə qərarlaşıb.