Futbol üzrə Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Ümraniyyəspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Ufuk bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Boluspor” üç turdan sonra 9 xalla 18 iştirakçı arasında liderdi.