Qazaxıstanda təşkil olunan “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.
Sportarena.az xəbər verir ki, qırğızıstanlı həmyaşıdları ilə qarşılaşan U-17 3:0 hesablı qələbə qazanıb. Yığmamızın qollarını Rauf Məhərrəmmov, Musa Qurbanlı və Veysəl Rzayev vurub.
Xatırladaq ki, U-17 sabah - avqustun 26-da Qazaxıstan yığması ilə qarşılaşacaq.