Futbol üzrə Ukrayna Premyer Liqasında 6-cı turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Vorskla” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.
Paşayev bu görüşün iştirakçısı olmayıb. Əvvəlki turlarda bir qayda olaraq 90 dəqiqə oynayan millimizin üzvü bu dəfə ehtiyatda qalıb.
“Aleksandriya” geridə qalan turlarda topladığı 15 xalla zirvəyə şərikdi.