Millimizin üzvü ehtiyatda qaldı, komandası qalib gəldi

14:15 26 Avqust 2018

Futbol üzrə Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Elazığspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

 

Ozan bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

 

“Girəsunspor” 3 turdan sonra 9 xalla 1-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti