21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyev Çexiyanın "Slaviya" klubunun əsas komandasına dəvət alıb.
Sportarena.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçini əsas komandanın baş məşqçisi Yindrix Trpişovski Çexiya Fortuna Liqasının 6-cı turunda "Teplitse" ilə oyunun iştirak ərizəsinə daxil edib. Lakin Nəbiyev sözügedən matçda iştirak etməyib. O, qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib. Qarşılaşma isə "Slaviya"nın 3:0 hesablı qələbəsiylə yekunlaşıb
Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan gənc futbolçu U-21 komandasının heyətində cari mövsümdə 5 oyuna 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Bu uğurlu startdan sonra o, əsas komandaya dəvət alıb.