Rusiya çempionatında möhtəşəm qol - VİDEO

15:16 26 Avqust 2018

Rusiya Premyer Liqasının 5-ci turunda keçirilən "Spartak" (Moskva) - "Dinamo" (Moskva) matçında mötəşəm qol qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, oyunun 82-ci dəqiqəsində qonaq komandanın müdafiəçisi Vladimir Rykov topu meydanın özlərinə aid hissəsindən birbaşa qapıya vurub. Rus futbolçunun zərbəsi meydan sahiblərinin qapıçısı Aleksandr Maksimenko üçün qarşısıalınmaz olub.

 

Qeyd edək ki, Moskva derbisi "Spartak"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti