Almaniyanın futbol üzrə 3-cü Bundesliqasında 5-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb. Futbolçumuzun komandası səfərdə “Osnabryuk”la qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Rüfət də bu matçın iştirakçısı olub. O, fasilədən dərhal sonra, 46-cı dəqiqədə meydana çıxıb. Futbolçumuz 59-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Dadaşovun komandası 5 turdan sonra 9 xalla 4-cü pillədə qərarlaşıb.