"Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, paytaxt klubunun italiyalı çalışdırıcısı dırıcısı 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
“Burada gülən üzləri görmək mənə xoşdu. Çox güclü komanda olduğumuzu sübut etdik. Xeyli qol imkanı yaratdıq. Ağır oyun olsa da, öz oyunçularımdan kifayət qədər razıyam. Biz 7-8 qol epizodu yaratdıq. Bunu qorxaq, müdafiə futbolu adlandırmaq olmaz. Müdafiə futbolu oynayan komanda qol vəziyyətləri yarada bilməz. İkinci qolu da vura bilərdik. Biz heyəti məşqlərə əsasən müəyyənləşdiririk. Yerli və ya əcnəbi fərqi qoymuruq. Mən yenə eyni qaydada məşqlərimi keçirirəm. Dabo xarakteristikasına əsasən, cinah oyunçusudu. O, həm orada, həm də mərkəzdə çalışdı. Karikarinin də qol vəziyyətləri oldu. Lakin təəssüf ki, fərqlənə bilmədi. Müdafiə xəttində anarxiyadan söhbət gedə bilməz. Belə olsaydı, bu qədər hücum futbolu göstərə bilməzdik. Kifayət qədər gözəl oyun göstərdik. Lazım olanda müdafiə, lazım olanda hücum futbolu sərgilədik. Oyunumuzdan razı qaldım. Bir tərəfdən xoşbəxtəm ki, səfər oyununda heç-heçə etdik. Digər tərəfdən, qol vəziyyətlərimizi dəyərləndirə bilmədiyimizə görə üzgünəm”.