Qazaxıstan Premyer Liqasında 24-cü tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu “Astana” “Kızıljar"ı qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətində meydana çıxan Almeyda 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Astana" 57 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.