Çexiyanın futbol üzrə gənclər liqasında 6-cı turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Slovan”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Nəbiyev də bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və 80-ci dəqiqədə əvəzlənib.
“Slaviya”nın U-21 komandası hazırda 3 xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu qarşılaşmadan bir gün öncə "Slaviya"nın əsas komandası "Teplitse" ilə qarşılaşıb. Futbolçumuzun adı həmin qarşılaşmanın iştirak ərizəsinə salınsa da, o, 3:0 hesablıq qələbəni kənardan izləyib.