Futbol üzrə Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.Sözügedən kollektiv doğma meydanda “Əskişəhərspor” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:0.
Dəniz də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra, 46-cı dəqiqədə meydana buraxılıb.
“Gənclərbirliyi” 3 turdan sonra 9 xalla 18 kollektiv arasında 1-cidi.