Merkeldən Özil açıqlaması: "Kimsə cəmiyyətdəki pis davranışdan danışırsa..."

17:19 27 Avqust 2018

Almaniya kansleri Angela Merkel “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin millidən getməsi haqda fikir bildirib.

 

Sportarena.az xəbər verir ki, dövlət başçısı türk əsilli futbolçunun Almaniya yığmasında karyerasını bitirməsi ilə bağlı ARD telekanalının efirində bunları deyib:

 

“Hər kəsin Özilin Rəcəb Tayyib Ərdoğanla fotosuna öz münasibəti var. Amma bu barədə Özil və ya digər miqrantın danışmasının fərqi yoxdur. Almaniyadakı miqrantlardan kimsə cəmiyyətdəki pis davranışdan danışırsa, biz bu məsələni diqqətlə öyrənib, müzakirə etməliyik”.

 

Türk əsilli futbolçunun bu ilin may ayında Londonda Cenk Tosun və İlkay Gündoğanla birgə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi şəkil alman azarkeşlər tərəfindən xoş qarşılanmamışdı və yarımmüdafiəçi təzyiqlərlə üzləşmişdi. DÇ-2018-dən sonra isə Məsut Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlamışdı.

Almaniya kansleri Angela Merkel “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin millidən getməsi haqda fikir bildirib.

Komanda.az xəbər verir ki, dövlət başçısı türk əsilli futbolçunun Almaniya yığmasında karyerasını bitirməsi ilə bağlı ARD telekanalının efirində bunları deyib:

“Hər kəsin Özilin Rəcəb Tayyib Ərdoğanla fotosuna öz münasibəti var. Amma bu barədə Özil və ya digər miqrantın danışmasının fərqi yoxdur. Almaniyadakı miqrantlardan kimsə cəmiyyətdəki pis davranışdan danışırsa, biz bu məsələni diqqətlə öyrənib, müzakirə etməliyik”.

Türk əsilli futbolçunun bu ilin may ayında Londonda Cenk Tosun və İlkay Gündoğanla birgə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi şəkil alman azarkeşlər tərəfindən xoş qarşılanmamışdı və yarımmüdafiəçi təzyiqlərlə üzləşmişdi. DÇ-2018-dən sonra isə Məsut Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlamışdı.


Digər xəbərlər

Xəbər xətti