"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva Qazaxıstan Premyer Liqasında növbəti qolunu vurub.
Sportarena.az xəbər verir ki, "Aktobe"də çıxış edən braziliyalı hücumçu 24-cü turda doğma meydanda "Jetısu”ya uduzduqları (2:3) oyunda komandasının 2-ci qolunu vurub. Qol sevincini çılğınlıqla qeyd edən futbolçu qeyri-etik jesi ilə diqqət mərkəzinə düşüb.