"Şerif"in oyunu "Qarabağ" görə təxirə düşdü

18:17 27 Avqust 2018

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Şerif"in Moldova çempionatındakı oyunu təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, 19-cu turda "Svyatoy Georgi"ylə sentyabrın 1-də keçirilməli olan qarşılaşma 1 gün sonraya təyin olunub. Dəyişikliyin "Qarabağ"la cavab oyunu ilə bağlı olduğu bildirilib.

 

Xatırladaq ki, "Qarabağ" - "Şerif" matçı avqustun 30-da keçiirləcək. Komandalar arasında Moldovada keçirilən ilk görüş "Şerif"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti