Rusiyada azərbaycanlıların dueli baş tutmadı

23:32 27 Avqust 2018

Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Yenisey”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Ramil bu görüşün iştirakçısı olmayıb. Bu komandada çıxış edən digər azərbaycanlı futbolçu Azər Əliyev kimi, Şeydayev də sonadək ehtiyatda qalıb.

 

“Krılya Sovetov” 5 turdan sonra 4 xalla 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti